ABŞ İran tərəfindən irəli sürülən təhdiddən sonra Böyük Britaniyada yerləşən aviabazadakı yanacaqdaşıyan təyyarələrini Almaniyaya və digər ölkələrə köçürüb.
E-huquq.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinin məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ İran mənşəli təhdiddən sonra Britaniyadakı Kral Hərbi Hava Qüvvələri bazasında yerləşən tanker təyyarələrinin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq addımlar atıb.
Məlumata əsasən, sözügedən təyyarələr Almaniyaya və ABŞ-nin hərbi hava bazalarının yerləşdiyi digər ölkələrə təxliyə edilib.
Mənbələr təhdidin konkret və qəfil xarakter daşıyıb-daşımadığı, yaxud daha ümumi təhlükə ilə bağlı olub-olmadığı barədə əlavə məlumat verməyiblər.
ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü WSJ-yə açıqlamasında hadisənin detalları barədə danışmaqdan imtina edib. Bununla belə, o, ABŞ təyyarələrinin müxtəlif səbəblərdən vaxtaşırı bir aviabazadan digərinə köçürülə bildiyini qeyd edib.
Şəbnəm Mehdizadə
