Məzmuna keç

Azərbaycanda daha bir hakim koronavirusa yoluxdu

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı yeni növ COVID-19 infeksiyasına yoluxub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, 34 yaşlı hakim müalicəsini ev şəraitində davam etdirir.

Hazırda onun vəziyyəti stabildir.

Qeyd edək ki, daha öncə Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Məmmədov da koronavirusa yoluxmuşdu.