Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə prosesədə təqsirləndirilən şəxsin aket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyunun 29-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib. Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin G.Qasımova tərəfindən törədildiyi məlum olub və saxlanılıb. O, 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb.
G.Qasımovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
