Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə həyat yoldaşı və qayınanasına öldürməyə cəhddə təqsirləndirilən Elnar Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Faiq Mahmudovun sədrliyi ilə prosesədə təqsirləndirilən şəxsin aket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyunun 26-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 14-də Şəmkir rayonunun Kür qəsəbəsində baş verib.
Kənd sakini, 1987-ci il təvəllüdlü E.Cəfərov aralarında yaranmış mübahisə nəticəsində həyət yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Cəfərovanı və qayınanası, 1957-ci il təvəllüdlü Nailə Əyyubovanı mətbəxdən götürdüyü çapacaqla vuraraq öldürməyə cəhd edib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
