Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baş tutan iclasda İlham Əliyev və Rövşən Mustafayev karantin qaydalarını pozduqlarına görə onların barəsində qərar verib.
Qərara əsasən,Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
Bundan başqa, onun qudası Rövşən Mustafayev də 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Adıçəkilən şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndiriliblər.
Qeyd edək ki, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub.
Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.
Əlavə edək ki, İlham Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.
***
İlk xəbər 13:16-da yayımlanıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)


.jpg)





