Məzmuna keç

Qaradağda iki övlad anasını maşınla vurub öldürən sürücünün məhkəməsi başlayıb

Qaradağda iki övlad anasını maşınla vurub öldürən sürücünün məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüqar Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesədə təqsirləndirilən şəxsin aket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 17-də saat 23:15 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində baş verib. V.Qasımov qəsəbəsinin mərkəzi yolu ilə qəsəbə istiqamətində hərətdə olarkən yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Şahverdiyeva Nəzakət Qüdrət qızını vurub hadisə yerindən qaçıb.

Dahas sonra o, saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon polis İdarəsində Cinayət Məcəlləsinin (CM) 263.2 va 264-cü maddələri ilə cinayət işi başlanıb və sonradan cinayət işi üzrə əməl həmin Məcəllənin 263.3, 263-1.3 və 264-cü maddələrinə tövsif edilib.

Qəza nəticəsində ölən N.Şahverdiyeva iki övlad anası idi. Uzun illər uşaqlarını tək böyüdən qadın mart ayında qızına nişan mərasimi keçirəcəkdi.