Fövqəladə Hallar Nazirliyi (FHN) Ədliyyə Nazirliyinin inzibati binasında baş verən yanğınla bağlı açıqlama verib.
FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva e-huquq.az-a bildirib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub:
“Əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub. Binanın 1 otağında yanğın hadisəsi baş verib. Operativ müdaxilə nəticəsində yanğının ətrafdakı otaqlara yayılmasının qarşısı alınıb”.
***
11:34
Ədliyyə Nazirliyinin binasında yanğın başlayıb.
E-huquq.az xəbər verir ki, binada tüstülənmə müşahidə olunur. Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb edilib.
Binanın qarşısındakı yol hərəkət üçün məhdudlaşdırılıb.
