Azərbaycanda koronavirusa yoluxma sayının bölgələr üzrə son statistikası açıqlanıb.
E-huquq.az-ın məlumatına görə, hələ də liderlik Bakıdadır. Lakin son günlər paytaxta düşən pay artaraq 56.2 faiz olub.
İkinci ən çox yoluxma 15.8 faizlə Abşeron bölgəsindədir.
Yoluxma Aranda 10.2, Gəncə-Qazaxda 6.4, Lənkəranda 4.3, Quba-Xaçmazda 1.9, Dağlıq Şirvanda 1.7, Şəki-Zaqatalada 1.7, Yuxarı Qarabağda isə 1 faiz təşkil edir.
Ölkə xaricindən gələnlərdə virusa yoluxma 0.8 faizdir. Naxçıvan Muxtar Respublikasında isə göstərici 0.04 faizdir.
