Məzmuna keç

Avqustun 20-21-də I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 3089 nəfəri iştirak etmədi

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

DİM-dən e-huquq.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 36140 abituriyentdən 3089 nəfəri imtahanda iştirak etməyib.