“Ölkə rəhbəri Yunanıstan səfiri ilə görüşdə də Rusiyanın Ermənistana hərbi yardım göstərməsini təndiq etməklə, bu cür məsələlərdə heç kimə güzəştə gedilməyəcəyini ortaya qoydu”.
Bu fikirləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə prezident İlham Əliyevin Yunanıstan səfiri ilə görüşündə səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Prezident həmin görüşdə səsləndirdiyi fikirlərlə, təkcə Yunanıstana deyil, Azərbaycana qarşı ədalətsiz mövqe tutan bütün dövlətlərə öz mesajını verdi: "Ermənilərin Tovuz rayonu istiqamətində hücumu ərəfəsində Rusiyanın düşmən dövlətə 500 tondan çox silah-sursat göndərməsi heç bir vasitəçilik missiyasına sığmır və təbii olaraq rəsmi Bakının ciddi narahatlığına səbəb olub. Prezident görüşdə Yunanıstanın TANAP-TAP layihəsinə əngəl olmaq planlarını da açıq mətnlə vurğulayaraq Siriza hökumətinin SOCAR-ın açıq tender yoluyla aldığı “DESFA”-nın yeni hüquqi sahibinə təhvil verilməsini əngəlləməsinə, eləcə də Afina hökumətinin Cənubi Kipr və Ermənistanla hərbi əməkdaşlıq müqavilələri imzalamasına da sərt reaksiya ortada qoydu ki, bu da alqışlanmalıdır".
Politoloq qeyd edib ki, Prezident İlham Əliyev Yunanıstanın yeni səfiri ilə görüşündə Türkiyəyə bir daha dəstəyini ifadə etdi: "Türkiyə bizim strateji müttəfiqimiz, qardaş dövlətimizdir. Türkiyənin yunanlarla girdiyi mübarizə təkcə qardaş ölkənin milli maraqları ilə əlaqədar deyil. Azərbaycanla Türkiyə arasında bağlanan hərbi əməkdaşlıq aktına əsasən, Xəzər dənizindəki donanmamız Aralıq dənizində qardaş ölkə ilə birlikdə hərbi təlimlərə başlayacaq ki, bu da, dünyaya verilmiş güclü mesajdır və Azərbaycanla Türkiyə arasındakı sarsılmaz əlaqələrin ifadəsidir”.
