Məzmuna keç

Tədris müəssisələrində idman zallarından istifadə edilməyəcək

Tədris müəssisələrində idman və akt zallarına, kitabxanaya və hovuza dair tələblər müəyyənləşib.

E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda qeyd edilib.

Qaydalara əsasən, təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılır.