Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elgün İmranlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, E.İmranlının apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, "Azərsu"yun sabiq əməkdaşı E.İmranlı vətəndaşların etibarından sui-istifadə edərək onların, ümumilikdə, 206 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
