Məzmuna keç

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbulun nəticələrini açıqlayıb.

E-huquq.az-ın məlumatına görə, artıq abituriyentlərə ali məktəblərə qəbul olub-olmadıqları barədə sms göndərilir.

DİM-dən bildirilib ki, abituriyentlər iş nömrələrini 7727-ə göndərməklə müsabiqənin nəticələri ilə tanış ola bilər. Nəticələr yaxın vaxtlarda saytda yerləşdiriləcək.