Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.
E-huquq.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N. Abdullayevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.
Həmçinin və Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev barəsində də qərar verilib. Qərara əsasən, vəsatət təmin edilib və İ.Əliyev ev dustaqlığına buraxılıb.
Səbail rayon Məhkəməsinin qərarı ilə hər iki təüsirlndirilən şəxsin barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, N. Abdullayev DTX tərəfindən saxlanılıb. Ona rüşvət alma maddəsi ilə ittiham verilib.
