Məzmuna keç

İbrahim Kalın: “Türkiyə Ermənistanın hücumlarının qarşısında Azərbaycanın yanındadır”

“Ermənistan Azərbaycanın mülki yaşayış yerlərinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını qətiyyətlə qınayırıq”.

E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın özünün “Twitter” səhifəsində yaydığı açıqlamada deyib.

İbrahim Qalın qeyd edib ki, beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatın dərhal dayandırması üçün səsini ucaltmalıdır: “Türkiyə bu hücumların qarşısında Azərbaycanın yanındadır. Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”.