Məzmuna keç

Müdafiə Nazirliyi: “Düşmən Goranboy rayonu ərazisini atəşə tutub”

"Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur".

E-huquq.az-ın xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

"Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", – o, əlavə edib.