Məzmuna keç

Ərdoğan Əkrəm İmamoğlunu təbrik edib

Ərdoğan Əkrəm İmamoğlunu təbrik edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyük Şəhər Bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar seçkilərin nəticələrinə münasibət bildirib.

E-huquq.az xəbər verir ki, Türkiyə prezidenti özünün "tvitter" hesabında ilkin nəticələrə görə, qalib gələn Əkrəm İmamoğlunu təbrik edib.

Qeyd edək ki, səsvermənin ilkin nəticələri açıqlanıb. Nəticələrə əsasən, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım 45,27 faiz, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 53, 82 faiz səs toplayıb.