Məzmuna keç

Azərbaycanda hakim erməni atəşi nəticəsində yaralandı

Təcavüzkar Ermənistan tərəfindən beynəlxalq hüquq normaları yenidən kobud surətdə pozularaq, düşmənin silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti planlaşdırılmış hərbi təxribatı davam edir, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən dinc əhali, çoxsaylı mülki ev və obyektlər, digər infrastrukturlar atəşə tutulur.

Məlum olduğu kimi, sentyabr 28-də düşmənin Tərtər rayonunu növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində rayon məhkəməsinin inzibati binasına mərmi atılıb, qəlpələrdən 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.

E-huquq.az-ın məlumatıba görə, hadisə zamanı yaralananlar arasında məhkəmənin hakimi Kamil Rzayev də olub.

O, O, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin hospitalına yerləşdirilib, hazırda vəziyyəti stabildir.