Məzmuna keç

Hikmət Hacıyev: Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb

Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

H.Hacıyev bildirib: "Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raketlər Yevlax rayonu ərazisində BTC boru kəmərindən 10 metr aralı düşüb. 300-dən çox kaset tipli bombaların qəlpələri ətrafa yayılıb. Boru kəmərinə heç bir ziyan dəyməyib. ANAMA hadisə yerində işləyir. Ermənistanın enerji infrastrukturuna çarəsiz hücum cəhdləri".