Azərbaycan sərbəst güləşçisi Mahir Əmiraslanov "Minsk 2019" II Avropa OyunlarındaAzərbaycana ilk qızıl medalı qazandırıb.
E-huquq.az xəbər verir ki, 57 kq çəkidə yer alan M.Əmiraslanov finalda serbiyalı Stefan Miçiçə qalib gəlib.
Daha əvvəl Hacı Əliyev (65 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala yüksəlib. Bu gün daha 3 sərbəst güləşçi bürünc medal uğrunda yarışacaq.
