Məzmuna keç

PA: “9 minə yaxın şəxs istintaq və məhkəmə mərhələsindən azad edilib”

PA: "9 minə yaxın şəxs istintaq və məhkəmə mərhələsindən azad edilib"

"Qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər nəticəsində bir sıra cəzalar de-kriminallaşdırılıb, yeni cəza növləri Cinayət Məcəlləsinə daxil edilib".

E-huquq.az xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev deyib.

Onun sözlərinə görə, cəza siyasətinin humanistləşdirilməsi tədbirləri 14 min nəfərə şamil olunub.

V. İsayev qeyd edib ki, 9 minə yaxın şəxs istintaq və məhkəmə mərhələsindən, 1800 nəfər isə cəzadan azad edilib: "Onlardan 800-ü azadlıqdan məhrum edilmiş şəxslər olub. Qeyd edim ki, bu rəqəmlər əfv və amnistiya aktlarını əhatə etmir".