Məzmuna keç

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi məlumat yayıb.

Görüş zamanı “PCCI26”-nın 3-cü seminarının və “SEL1” təliminin uğurlu nəticələri müzakirə edilib.

Eyni zamanda, Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində əməkdaşlığın gələcək perspektivləri, eləcə də “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli müzakirələr aparılıb.