Məzmuna keç

Baş prokurorun müavini: “Vəkillər Kollegiyasına məlum olan korrupsiya hüquqpozmaları barədə məlumatların prokurorluq orqanlarına verilməsi korrupsiyaya qarşı mübarizədə önəmli töhfə olacaq”

Vəkillər Kollegiyasına məlum olan korrupsiya hüquqpozmaları barədə məlumatların prokurorluq orqanlarına verilməsi korrupsiyaya qarşı mübarizədə önəmli töhfə olacaq

"Vəkillər Kollegiyasına məlum olan korrupsiya hüquqpozmaları barədə məlumatların prokurorluq orqanlarına verilməsi korrupsiyaya qarşı mübarizədə önəmli töhfə olacaq".

E-huquq.az xəbər verir ki, bunu Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Vəkillər Kollegiyası ilə qarşılıqlı əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu barədə danışarkən deyib.

O, memorandumun əhəmiyyətinə toxunaraq, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik məhkəmə-hüquq sisteminin formalaşdırılması, qanunçuluq və hüquq qaydasının möhkəmlənməsinə istiqamətlənən islahatların ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəkləndiyini bildirib. Qeyd olunan sahədə dövlət orqanları, o cümlədən hüquq mühafizə orqanlarının qarşılıqlı olaraq insan hüquqlarının peşəkar müdafiəsi sahəsində ixtisaslaşmış təşkilatlarla, həmçinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının genişlənməkdə olduğunu qeyd edib.

Baş prokurorun müavini Vəkillər Kollegiyasının vəkillərin xidməti fəaliyyəti ilə əlaqədar onlara məlum olan korrupsiya hüquqpozmaları barədə məlumatlarının təxirəsalınmadan prokurorluq orqanlarına verilməsinə dair razılığın memoranduma daxil edilməsini cinayətkarlığın bu təhlükəli təzahürünə qarşı mübarizədə önəmli töhfə olacağını qeyd edib.