Məzmuna keç

AYB üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb – SƏRƏNCAM

AYB üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb.

E-huquq.az-ın məlumatına görə, sərəncamla Yazıçılar Birliyinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 3 milyon manat ayrılıb.