Məzmuna keç

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş prezidenti Robert Koçaryanın həbs müddəti 2 ay uzadıb.

E-huquq.az xəbər verir ki, qərar saatlarla davam edən iclasdan sonra elan olunub.

Keçmiş prezidentin vəkili müdafiə tərəfinin qərardan şikayət etmək niyyətində olduğunu bildirib.

Robert Koçaryan avqustun 25-də saxlanılıb. Ona qanunsuz əmlak əldə etmə işi üzrə ittihamlar irəli sürülüb.