Məzmuna keç

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Oktyabrın 23-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis tərəfindən təmin olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Axtarışda olduğuna görə ümumilikdə 127, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.