Türkiyənin Antalya şəhərinin Kepez rayonunda baş verən burulğan tikinti sahəsində fəhlələrin qaldığı iki konteyneri dağıdıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
Güclü burulğan fəhlələrin qaldığı iki konteyneri dağıdıb, konteynerlərdə olan 5 işçi ətrafa sovrulub.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə 112 Təcili Tibbi Yardım, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.
İlkin məlumata görə, fəhlələrdən 2-si hadisə yerində, digər 2-si isə xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.
Yaralanan bir nəfərin səhhətinin yaxşı olduğu bildirilir.
Şəbnəm Mehdizadə
