Məzmuna keç

Məhkəmə işçiləri üçün təlim keçirildi – FOTO

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparat işçiləri üçün “Dövlət qulluqçularının əmək münasibətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tətbiqi qaydaları” mövzusunda təlim təşkil edilib.

E-huquq.az xəbər verir ki, təlim çərçivəsində dövlət qulluqçularının əmək münasibətlərinin hüquqi tənzimlənməsi, Əmək Məcəlləsinin tətbiqi xüsusiyyətləri, əmək müqavilələrinin bağlanması və xitamı, eləcə də əmək qanunvericiliyinin praktikada tətbiqi barədə məsələlərə toxunulub.

11 nəfər Aparat işçisinin iştirak etdiyi təlimdə Ədliyyə Akademiyasının əməkdaşı hüquq elmləri doktoru, professor Mayıs Əliyevin mövzu ilə bağlı təqdimatı dinlənilib.