Məzmuna keç

Türkiyədə güclü yanğın: 3 nəfər tüstüdən zəhərləndi

Türkiyənin Hatay vilayətinin Arsuz rayonunda baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Nardüzü məhəlləsində yerləşən 4 mərtəbəli binanın birinci mərtəbəsində qeydə alınıb. Binanın birinci mərtəbəsində mərasim evi kimi fəaliyyət göstərən obyektdə hələlik müəyyən edilməyən səbəbdən yanğın başlayıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yanğın zamanı tüstüdən zəhərlənən 3 nəfər tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun qarşısı alınıb.

Şəbnəm Mehdizadə