Argentinanın Famatina bölgəsində yaşayan 80 yaşlı Maksimo May Ruarte illərdir ənənəvi üsullarla dağ çaylarında qızıl axtarır. Həyat yoldaşı ilə birlikdə dəniz səviyyəsindən 2 min metrdən çox yüksəklikdə yaşayan yaşlı kişinin həyat hekayəsi diqqət çəkib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ruarte haqqında jurnalist Serxio Kabalyeronun “Conociendo mi País” adlı “YouTube” kanalında yayımladığı video geniş marağa səbəb olub.
La Rioja əyalətinin Famatina bölgəsində yaşayan Ruarte həyat yoldaşı ilə birlikdə yerli sakinlərin “Qızıl Kəpənək” adlandırdığı evdə məskunlaşıb. Cütlük elektrik enerjisini günəş panelləri vasitəsilə əldə edir və məhdud imkanlarla yaşayır.
80 yaşlı kişi isə uzun illərdir dolanışıq mənbəyi olan qızıl axtarışından əl çəkmir.
Ruarte qızıl axtarışı zamanı ağır texnika və kimyəvi maddələrdən istifadə etmir. O, kürək, fırça və hava üfürən sadə alətlərin köməyi ilə çay suyunda daşların arasındakı xırda qızıl hissəciklərini ayırır.
Bununla belə, hər axtarış uğurlu nəticələnmir. Bəzən saatlarla davam edən işin sonunda cəmi bir neçə kiçik qızıl parçası əldə etmək mümkün olur.
Yaşlı madenci bu prosesi belə ifadə edir: “Bəxtin gətirsə, qızıl üzə çıxar”.
Şəbnəm Mehdizadə
