İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində uçan ABŞ istehsalı MQ-9 tipli pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulduğunu iddia edib.
E-huquq.az xəbər verir ki, SEPAH-ın yaydığı açıqlamada bildirilib ki, ABŞ-yə məxsus pilotsuz uçuş aparatı yerli vaxtla saat 04:30-da Hörmüz boğazı üzərində aşkarlanıb və hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Açıqlamada, həmçinin Hörmüz boğazının cənubundakı qadağan olunmuş keçid marşrutundan istifadə etməyə çalışan 4 neft tankerinin dəniz minalarına düşərək alovlandığı qeyd olunub.
Bundan başqa, daha iki gəmi və dəniz vasitəsinin hərəkətinin dayandırıldığı bildirilib. SEPAH vurulduğu iddia edilən PUA-nın 56-cı MQ-9 tipli pilotsuz uçuş aparatı olduğunu açıqlayıb.
Şəbnəm Mehdizadə
