Məzmuna keç

Son 7 ildə narkotik cinayətlərinə görə məsuliyyətə cəlb olunanların sayı açıqlandı

2019-2025-ci illər ərzində narkotiklərlə bağlı cinayətlərə görə ümumilikdə 44 752 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

E-huquq.az xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlimdə deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 80 nəfəri 16-18 yaş aralığında, 10 238-i 18-30 yaş aralığında, 34 434-ü isə 30 yaşdan yuxarı olub.

Ş.İsmayılov bildirib ki, cinayət məsuliyyətinə cəlb olunanlar arasında 1 198 qadın və 604 xarici ölkə vətəndaşı da var.