Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan “ASAN xidmət” bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına müraciətində deyilir.
“Bu təcrübəmizin 50-dən çox ölkə ilə paylaşılması və artıq müxtəlif ölkələrdə uğurlu tətbiqi “ASAN xidmət”in dövlət xidmətlərinin təşkilində səmərəli institusional model olduğunu sübut edir”, – Prezidentin müraciətində deyilir.
