Bakının Biləcəri qəsəbəsini metronun “Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir.
Bu barədə e-huquq.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək. Avtobuslar 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.
