Məzmuna keç

Nazir müavini: “Qeyri-neft-qaz sektoruna özəl investisiyalar 20,7% artıb”

“Özəl sektorun investisiya fəallığı yüksəlir”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin iclasında çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.

Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunda qeyri-dövlət investisiyaları 20,7% artıb.

“İxracın strukturu da yaxşılaşır. Kənd təsərrüfatı emalı məhsullarının ixracı 37%, qeyri-neft-qaz sənaye məhsullarının ixracı isə 21,5% artıb. Strateji valyuta ehtiyatları ilin əvvəlindən 5,1% artaraq 89,4 milyard dollara çatıb, illik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda qalır”, – deyə A.Axundov qeyd edib.