Məzmuna keç

Milli Məclisin saxlanılması xərcləri 39% artırılır

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Milli Məclisin saxlanılmasına 72 milyon 355,2 min manat vəsait ayrılacaq.

E-huquq.az xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bu, ötən illə müqayisədə 38,95% çoxdur.

Sənədə əsasən, həmin vəsaitin 59,356 milyon manatı əməyin ödənişinə, 10,52 milyon manatı malların (iş və xidmətlərin) satın alınmasına, 334 min manatı sosial ödənişlərə, 762 min 600 manatı dövlət icbari şəxsi sığorta xərclərinə, 1 milyon 385 min manatı isə qeyri-maliyyə aktivlərinə yönəldiləcək.