Məzmuna keç

Polşada terror qurbanları arasında Britaniya vətəndaşı da var

Noyabrın 7-də Polşanın Krakov şəhərində baş verən terror hücumu nəticəsində həlak olan altı nəfər arasında Böyük Britaniya vətəndaşı da var.

E-huquq.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

“Rəsmilərin məlumatına görə, hücum nəticəsində həlak olan dörd qadın və iki kişi arasında Britaniya vətəndaşı da olub”, – deyə materialda bildirilir.

Polşanın Daxili İşlər Nazirliyinin məlumatına görə, yaralananlar arasında Almaniya, Avstriya və Portuqaliya vətəndaşları da olub.

Hücum edən qatı-sağçı kişi avtomobillə Krakovun Baş Bazar meydanına daxil olaraq yoldan keçənlərə atəş açıb. Daha sonra o, şəhərin tarixi mərkəzində avtomobildən atəş açmağa davam edərək hərəkət edib. Təhlükəsizlik qüvvələri əməkdaşları onu yaralayaraq saxlayıb. Şübhəlinin 24 yaşlı Polşa vətəndaşı olduğu və silah saxlamaq icazəsinə malik olduğu müəyyən edilib. Polşanın Baş naziri Donald Tusk hadisəni terror aktı adlandırıb.

Hücum nəticəsində dörd qadın və iki kişi olmaqla altı nəfər həlak olub, azı 15 nəfər yaralanıb. Daha sonra şübhəlinin evində, onun qohumlarına məxsus olduğu güman edilən üç nəfərin meyiti aşkarlanıb.