Qvatemala sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Qvatemalanın Eskuintla şəhərindən 72 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
