Gürcüstan prezidenti Mixeil Kavelaşvili Antalyada Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev ilə görüşüb.
E-huquq.az xəbər verir ki, tərəflər əsas diqqəti Gürcüstanla Özbəkistan arasında strateji tərəfdaşlığın əsas istiqamətlərinə, həmçinin siyasi, ticari-iqtisadi, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinə yönəldiblər.
Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, Özbəkistan investisiyalarının cəlb edilməsi və turizm sektorunda əməkdaşlıq məsələlərinə toxunulub.
Tərəflər həmçinin Orta Dəhlizin inkişafı məsələlərini və Mərkəzi Asiyadan Avropaya Gürcüstan limanları vasitəsilə yük daşımalarının həyata keçirilməsi potensialını müzakirə ediblər.
Dövlət başçıları beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.
Mənbə: APA
