Məzmuna keç

Ağstafada hərbi sursatın partlaması nəticəsində bir nəfər öldü, bir nəfər yaralandı

Noyabrın 15-də Ağstafa rayonunun Ceyrançöl ərazisində partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib, bir nəfər həlak olub, bir nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, hadisə Qazax rayonunun Dəmirçilər kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov və rayonun Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Sahib İzbor oğlu Əmrahovun partlamamış hərbi sursata müdaxiləsi zamanı qeydə alınıb. Nəticədə R.İbrahimov aldığı xəsarətlərdən həlak olub, S.Əmrahov isə xəsarət alıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.