Məzmuna keç

Evdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı 2 əməliyyat keçiriblər.

E-huquq.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfər xilas edilib.