Məzmuna keç

Bakıda qızıl və telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıldı

Bakının Sabunçu və Nəsimi rayonları ərazisində yerləşən mağaza və evlərdən oğurluqlar edilib.

Bu barədə e-huquq.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polisin keçirdiyi tədbirlərlə Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2 620 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən mağazanın əməkdaşı Ş.Əsədova, Nəsimi rayonu ərazisindəki evlərdən birindən 2 000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N.Rəsulov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.