Məzmuna keç

ABŞ-də təyyarə qəzası nəticəsində 3 nəfər ölüb

ABŞ-nin Arizona ştatının şimalında kiçik təyyarə qəzaya uğrayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, göyərtəsində üç nəfərin olduğu “Piper Comanche” tipli təyyarənin itkin düşməsi barədə aidiyyəti qurumlara məlumat daxil olub.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin qalıqları yerli vaxtla saat 10:15-də Böyük Kanyon Milli Parkının yaxınlığında aşkarlanıb.

Qəza nəticəsində təyyarədə olan hər üç nəfərin həyatını itirdiyi təsdiqlənib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Şəbnəm Mehdizadə