İndoneziyada 6,6 maqnitudalı zəlzələ baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Tual şəhərindən 148 kilometr cənub-qərbdə, ocağı isə 68 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib. İlkin məlumatlara əsasən, insan tələfatı və dağıntı qeydə alınmayıb.
Şəbnəm Mehdizadə
