Məzmuna keç

Azərbaycanda icbari tibbi sığortada vahid elektron reyestr yaradılacaq

Azərbaycanda icbari tibbi sığortada vahid elektron reyestr yaradılacaq.

E-huquq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ümumilikdə, icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi və inkişafı istiqamətində sistemin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin yaradılması, tibbi ekspertiza prosesinin avtomatlaşdırılması, icbari tibbi sığorta sisteminin maliyyələşmə mexanizminin daha da gücləndirilməsi və keyfiyyətə əsaslanan tibbi xidmətlərin maliyyələşmə modelinin qurulması qarşıda duran əsas vəzifələrdəndir.

A.Əliyev qeyd edib ki, növbəti ilin xərclərində səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üçün 185 milyon manat, tibbi xidmətlərin inkişafı və təkmilləşdirilməsi, eləcə də rəqəmsal infrastrukturun qurulması üçün 105 milyon manat vəsait ayrılması nəzərdə tutulur: “Bundan əlavə, aptek təşkilatlarında ambulator şəraitdə istifadə olunan dərman və vasitələrə görə sığorta ödənişi 50 % olan şəxslərin dərman preparatları ilə təminatı üçün 59 milyon manat vəsaitin ayrılması planlaşdırılır”.