Məzmuna keç

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət etdi – FOTO

Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib.

E-huquq.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.