Məzmuna keç

Azərbaycanda vəkillər ödəniş ala bilmirlər – Vəsait tükənib

“Vəkillər Kollegiyasının 2026-cı ildə dövlət hesabına hüquqi yardım üçün təqdim etdiyi 13.5 milyon manatlıq proqnozun 9 milyon manata salınması nəticəsində bu ilin sentyabr ayından vəsait tükənib və vəkillər ödəniş ala bilmirlər”.

E-huquq.az xəbər verir ki, bu fikirləri deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, məsələnin həlli və hüquqi yardıma ayrılan vəsaitin artırılması yaxşı olar:

“Nəzərə alaq ki, əslində bu, bütövlükdə ciddi iqtisadi yük yaradan məbləğ deyil”.