Məzmuna keç

Avstraliyanın ilk yerli hərbi gəmisi 128 il sonra tapıldı

Avstraliyada yerli istehsal olunan ilk hərbi gəmi olan “HMCS Spitfire”ın qalıqları 128 il sonra Kvinslend ştatının sahilləri yaxınlığında aşkar edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya Kral Hərbi Dəniz Qüvvələri 1898-ci il avqustun 21-də Payper adası yaxınlığında batan mina təmizləyici gəminin axtarış əməliyyatının başa çatdığını elan edib. Gəmi batdığı tarixdən düz 128 il sonra – avqustun 21-də tapılıb.

Avstraliya Müdafiə Departamenti kəşf barədə məlumatın gec açıqlanmasına aydınlıq gətirib. Bildirilib ki, batmış gəmilərin qorunması qanununa əsasən, dövlət qurumları arasında rəsmi bildiriş prosedurları tamamlanmalı idi. Kvinslend rəsmiləri isə gəminin məhz batdığı gün tapılmasını “böyük təsadüf” adlandırıblar.

Tarixi məlumatlara görə, “HMCS Spitfire” 1855-ci ildə Krım müharibəsi dövründə mümkün Rusiya hücumunun qarşısını almaq məqsədilə inşa edilib. Lakin müharibə gəmi xidmətə başlamadan başa çatıb. 1885-ci ildə Kvinslend hökuməti gəmini balıqçılıq məqsədilə özəl sektora verib. 1898-ci il avqustun 21-də isə gəmi su dolması nəticəsində Payper adası sahillərində batıb.

Şəbnəm Mehdizadə