Braziliyanın Amazon meşələrində xarici dünyadan təcrid olunmuş halda yaşayan Ava qəbiləsinin üzvləri ilk dəfə görüntülənib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 16 noyabr bazar ertəsi günü adətən kənar insanlarla təmasdan qaçan yerli qəbilənin təxminən 20 üzvü hökumət nəzarət-buraxılış məntəqəsinin yaxınlığına – Quajajara xalqının məskunlaşdığı kəndin ətrafına gəliblər.
Məlumata görə, hadisə hazırda ilkin qiymətləndirmə mərhələsindədir və qarşılaşmanın təfərrüatları araşdırılır. Yayılan görüntülər ictimaiyyətin böyük marağına səbəb olsa da, mütəxəssislər bu təmasın bölgənin ekosistemi və qəbilə üzvləri üçün potensial risklər yarada biləcəyi barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, Amazon meşələrində yaşayan Ava (Awá) qəbiləsinin ümumilikdə 350 üzvü var və onlardan təxminən 100 nəfəri xarici dünya ilə heç bir əlaqə saxlamır. Yalnız Quaja dilində danışan bu insanlar tamamilə ənənəvi həyat tərzi sürürlər.
Şəbnəm Mehdizadə
