Məzmuna keç

İlhamə Abdullayeva şöbə müdiri təyin edildi

Abdullayeva İlhamə Sarif qızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq rifahı və inkişafı şöbəsinə müdir təyin edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ildən bu təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.